...

Banklarda qorunan əmanətlər üzrə illik faiz dərəcəsi yeni qaydalarla nə vaxtdan hesablanacaq?

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Fevral 2015 17:47 (UTC +04:00)
Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası növbədənkənar iclasında Azərbaycan Mərkəzi Bankı ilə razılaşdırmaqla qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin fevralın 24-dən etibarən 9 faizdən 12 faizə qaldırılması barədə qərar (Protokol №52) qəbul edib.
Banklarda qorunan əmanətlər üzrə illik faiz dərəcəsi yeni qaydalarla nə vaxtdan hesablanacaq?

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir Azad Həsənli/

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası növbədənkənar iclasında Azərbaycan Mərkəzi Bankı ilə razılaşdırmaqla qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin fevralın 24-dən etibarən 9 faizdən 12 faizə qaldırılması barədə qərar (Protokol №52) qəbul edib.

Fonddan Trend-ə bildirilib ki, fevralın 24-dək iştirakçı banklarda illik maksimum 12 faizlə qəbul olunmuş əmanətlər də 24 fevral 2015-ci il tarixindən etibarən qorunan əmanət hesab olunur və Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır. Yəni göstərilən tarixə qədər 10, 11 və 12 faizlə cəlb edilən əmanətlər qorunan hesab edilmirdisə, 24 fevral 2015-ci il tarixindən göstərilən faiz dərəcələri ilə qəbul edilmiş əmanətlər qorunan sayılır.

Banklar tərəfindən həmin əmanətlərə görə keçmiş dövrlər üçün təqvim haqqı ödənilmir, təqvim haqları 24 fevral 2015-ci il tarixindən hesablanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti