...

Əfqanıstan Prezidenti Şahin Mustafayevlə görüşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Fevral 2015 16:16 (UTC +04:00)
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Əfqanıstanda səfərdə olub.
Əfqanıstan Prezidenti Şahin Mustafayevlə görüşüb

Azərbaycan, Bakı, 27 fevral /Trend/

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Əfqanıstanda səfərdə olub.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər zamanı Azərbaycan nümayəndə heyəti Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani tərəfindən qəbul edilib. Görüşdə Əfqanıstan Prezidenti Azərbaycanın iqtisadi inkişafından məmnunluğunu ifadə edib, ölkəmizin qazandığı uğurları yüksək qiymətləndirib. M.Ə.Qani ölkələrimiz arasında əməkdaşlığın inkişafı baxımından hüquqi bazanın genişləndirilməsinin əhəmiyyətini qeyd edib, enerji, tranzit və s. sahələrdə əməkdaşlıq imkanlarına, Əfqanıstana investisiya qoyuluşuna dair fikirlərini bildirib, ölkəsinin neft-qaz sahəsində Azərbaycan təcrübəsindən yararlanmaqda maraqlı olduğunu diqqətə çatdırıb.

M.Ə.Qani salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat və sənaye naziri Ş.Mustafayev səmimi qəbula görə təşəkkür edib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını Əfqanıstan Prezidentinə çatdırıb. Nazir əlaqələrin genişləndirilməsi üçün imkanları vurğulayaraq, sənaye, enerji, nəqliyyat, tikinti materiallarının istehsalı, eləcə də təhsil, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığı qeyd edib.

Azərbaycan nümayəndə heyəti səfər zamanı Əfqanıstanın mədən və neft naziri Daud Saba və Əfqanıstanın Baş icraçı məmuru Abdullah Abdullah ilə görüşüb. Görüşlərdə Azərbaycan və Əfqanıstan arasında əməkdaşlığın qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri üzərində qurulduğu, Əfqanıstan Prezidentinin 2014-cü ildə Azərbaycana səfərinin, bu ilin fevralında isə Münhen Təhlükəsizlik Konfransında Azərbaycan və Əfqanıstan prezidentlərinin görüşünün ölkələrimiz arasında əməkdaşlığın inkişafında əhəmiyyəti vurğulanıb. Görüşlərdə enerji, tranzit, logistika, tikinti materiallarının istehsalı və s. sahələrdə əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti