...

"Gündəlik stresslər bu qapıdan girəndə unudulur..."

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Fevral 2015 17:04 (UTC +04:00)
"Excelsior Hotel & Spa Baku" hotelinin Qida və İçkilər Departamentinin meneceri Mehmet Ayanın müsahibəsi
"Gündəlik stresslər bu qapıdan girəndə unudulur..."

"Excelsior Hotel & Spa Baku" hotelinin Qida və İçkilər Departamentinin meneceri Mehmet Ayanın müsahibəsi

- Hotelinizin son tədbirləri və planları ilə bağlı nələri bildirərdiniz?

- Öncə deyim ki, "Excelsior Hotel & Spa Baku" "5+" kateqoriyalı hoteldir. Bu isə o deməkdir ki, burada deluxe hotelə xas olan bütün xüsusiyyətlər ən yüksək səviyyədə qonaqlarımıza təqdim olunur. Hotelimizin daxili və zahiri tərtibatı klassik üslubdadır və bu deluxe hotellərə xas olan ortaq cəhətdir və beynəlxalq səviyyədə qəbul olunmuş servis göstərilir. Restoranımız, barımız, banket və konfrans zalımız, spa mərkəzimiz fəaliyyət göstərir, qapalı və açıq hovuzlarımız, trenajor zalımız, tennis kortu və digər bütün xidmətlərimiz daimi olaraq qonaqlarımızın ixtiyarındadır. Hotelimizdə 61 ədəd otaq, onlardan 8-i suit, 8-i isə junior suitdir. Məhz bu oteldə 350 kvadrat metr sahəsi olan yeganə və tək imperial suit yerləşir. İmperial suitin ayrıca təhlükəsizlik sistemi, xüsusi lifti və qarajı var.

- Qarşıdan gələn bayramlarla bağlı hansı tədbirlər planlaşdırılır?

- 8 mart tarxində hotelin "Belvedere" restoranında Beynəlxalq Qadınlar Gününə həsr edilmiş ziyafət keçiriləcək. Burada əziz xanımlarımızı maraqlı sürprizlərlə yanaşı, canlı musiqi müşayəti altında romantik şam yeməyi gözləyir.

Ziyafət gecəsinin menyusuna Avropa mətbəxinə aid dörd cür orijinal və xəfif təam əlavə olunub. Bundan başqa canlı musiqimiz var. Gələn xanım qonaqları girişdən etibarən kiçik sürprizlər təəcübləndirəcək. Onu da deyim ki, 14 Fevral Sevgililər Gününü də çox orijinal və romantik abu havada keçirdik və qonaqları adımıza yaraşan şəkildə qarşıladıq. Rezervasiya tam dolmuşdu. Yəni, anladığınız kimi, əvvəlcədən sifariş edənlər bir addım öndədir. İnanıram ki, 8 Mart da bu cür təmtəraqla qeyd olunacaq. Biz əlimizdən gələnin ən yaxşısını gülərüz, yüksək səviyyəli və profesional servislə müştərilərimizə təqdim edirik. Keçənilki qonaqlarımızın yenidən bizimlə bərabər olması isə, buna bariz sübutdur. Onlar razıdırsa və yenidən geri qayıdırsa, demək artıq bir ənənəyə imza atmışıq. Onları daha da məmnun etməliyik.

Onu da qeyd edim ki, musiqi proqramı da diqqətlə seçilir. Hər yaşa və zövqə xitab etməsi vacidir.

- Bununla bağlı bir nəfər üçün qiymət nə qədərdir?

- Bir nəfər üçün qiymət 49 manatdır. Əgər göstərdiyimiz xidmətin çeşidliliyini nəzərə alsaq, bu qiymətin digər yerlərlə müqayisədə çox münasib olduğunu görərik. Məqsəd qonaqların yeni və xoş hisslərlə buradan ayrılmasıdır. Qısası, biz özümüzü bu işin sehirbazları adlandırırıq, ola biləcək hər vəziyyətdə, müştərinin gözləmədiyi bir anda sevindirə, əyləndirə bilirik.

Bu tədbirdən əlavə, martın 13-dən başlayaraq Bakıda ikinci Moda Günləri keçiriləcək. Burada Azərbaycan və digər ölkələrin tanınmış modelyerlərinin kolleksiyaları nümayiş olunacaq. Dəqiq qeyd etsək, 13,14 və 15 mart, 2015-ci il tarixlərində "Excelsior Hotel & Spa Baku" və "FMS Models" təşkilatçılığı ilə "Baku Fashion Nights 2015" moda günləri keçiriləcək. Tədbirin ilk günü 13 mart tarixində əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfovanın yeni kolleksiyası dəb azarkeşlərinin zövqünü oxşayacaq. Möhtəşəm dəfilənin ardından, podiumda yerli dizayner və modelyerlərin 2015 yaz-yay kolleksiyasından seçilmiş nümunələr nümayiş olunacaq. "Fashion Couture by Ulker Huseynova" Moda Evinin eleqant kolleksiyası, "Beauttech" salonlar şəbəkəsindən Elnarə Əhmədovanın təqdimatında 2015 dəb tendensiyasına uyğun saç düzümü şousu qonaqlara unudulmaz anlar yaşadacaq. Tədbirin irəliləyən saatlarında səhnə alacaq digər gənc və istedadlı modelyer Günay Mirzə, yaz-yay moda trendləri ilə qarşılayacaq. 14 mart tarixində podiumda yer alacaq və ən yeni kolleksiyası ilə qonaqları salamlayacaq modelyer, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Gülnarə Xəlilovanın təqdimatındadır. Tədbirin davamında nümayişi maraqlı və rəngarəng kolleksiyaları ilə zənginləşdirən "La Couture Baku" Xavər Məmmədova, "Hokuma by Hokuma Hajiyeva" və "Magura by Gulshan Ibrahimova" Moda Eviləri olacaq. Türk modasının canlı korifeylərindən, əfsanəvi modelyer Yıldırım Mayruk, layiqli köməkçi və davamçısı Barbaros Şansal "Baku Fashion Nights 2015"-in fəxri qonaqlarındandır. Yıldırım Mayruk məhz bu il 50 illik yubileyini "Excelsior Hotel & Spa Baku" hotelində və "Baku Fashion Nights 2015" moda günlərində özəl olaraq qeyd edəcəkdir.

15 Martda vida dəfiləsini azərbaycanlı heyranlarına sərgiləyəcək Yıldırım Mayruk, "Pret-a-Porter " konseptli kolleksiyası ilə qarşınızda olacaq. Kolleksiyanın ən görkəmli parçaları Türkiyədə yaşayan həmyerlimiz, model Günay Musayevaya həvalə olunub. Yıldırım Mayrukun sözlərinə görə, gecəyə təşrif buyuran qonaqları xoş sürpizlər gözləyir.Hazırda qızğın hazırlıqlar gedir, lakin sevindirici haldır ki, bizim və dünya üçün bu qədər qiymətli olan insanlara ev sahibliyi etmək qürur verir. Həmçinin, Novruzla bağlı maraqlı hazırlıqlar nəzərdə tutulub.

- "Excelsior Hotel & Spa Baku"-nun unikal xidmətləri sırasında nəyi qeyd edə bilərsiniz?

- Daim müştərilərinin rahatlığını düşünən "Excelsior Hotel & Spa Baku" qonaqlara xüsusi nəqliyyat xidməti göstərir. Keçirilən tədbirlərə və ya qonaqlama üçün gələn qonaqlar bu xidmətdən sifariş edərək yararlana bilir, hətta, hər saat ödənişsiz, səhər saat 08.30-dan 22.00-a qədər şəhər mərkəzinə gediş-gəliş var. +994 12 496 80 00 nömrəsi 24 saat məlumatlandırmaq üçün açıqdır. Yay mövsümü yaxınlaşır, bu da bir fürsətdir ki, hovuz kənarında, açıq havada, xoş ambiansda yadda qalan, özəl günlərinizi keçirəsiniz. Xidmətləri saydıqca bitməz, ən yaxşısı siz bizə zəng vurun.

- Hotelinizin yemək menyusu və restoranları ilə bağlı nələri demək olar?

- Hoteldə "Belvedere", "Green House" restoranları var. Eyni zamanda yay vaxtı açıq hovuz ətrafında da qonaqlara yemək təklif olunur. "Belvedere" restoranında qonaqlara çeşidli və ləziz yeməklər təqdim edilir və bu baxımdan qonaqlarımızın zövqünü oxşadığımıza əminik. Həmçinin, "Green House" öz qonaqlarına dəniz məhsullarından ibarət zəngin, təzə menyu təklif edir. Aralıq və Egey dənizlərinin çoxçeşidli faunası- təxminən 20 növdən çox balıqla hazırlanan türk yeməkləri, məzələr və salatlar mövcuddur. Menyuya duzda, buğlamada və qrildə bişirilmiş balıqlar, balıq turşusu, lakerda, salatlar və s. dadlı yemək növləri daxil edilib. Qiymətləri soruşsanız, adətən qiymətlər hər zaman təzə məhsulun nəticəsi olur, yəni restorana, kafeyə və ya fərq etməz bir məkanda qonaqların axını varsa, demək orada bir dövriyyə var, əl altında olan hər bir ərzaq istifadə olunur, çünki tələbat var, bu da qiymətlərin aşağı olmasına təsir göstərir. Fantastik qiymətlər isə qonaqları bizdən qaçırar, uzun sözün qısası, şəhərdə fəaliyyət göstərən digər balıq restoranlarından daha münasibdir.

"Green House" restoranı yaşıllıqla əhatə olunub, iş yorğunluğu, gündəlik stresslər bu qapıdan girəndə unudulur, insanları məmnun etmək bizi məmnun edir. Bu da işin ən incə sirridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti