...

Bank Respublika manat və dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Fevral 2015 12:24 (UTC +04:00)
Bank Respublika fiziki və hüquqi şəxslərin manat və dollar hesablı əmanətlərinin faiz dərəcələrini qaldırdı.
Bank Respublika manat və dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı

Azərbaycan, Bakı, 28 fevral /Trend/

Bank Respublika fiziki və hüquqi şəxslərin manat və dollar hesablı əmanətlərinin faiz dərəcələrini qaldırdı. Yeni qaydalar 6 aydan 3 ilədək qoyulan bütün depozit növlərinə şamil olunur.

Bankdan Trend-ə verilən məlumata görə, indi milli valyuta üzrə fiziki və hüquqi şəxslərin əmanətlərinin maksimal faiz dərəcəsi faizlərin aylıq çıxarıldığı təqdirdə illik 12%, dollarda olan əmanətlər isə illik 9% (hüquqi şəxslərə 8%) təşkil edir. Faiz gəlirləri müddətin sonunda çıxarıldığı halda faiz dərəcəsi illik 12,5% və müvafiq olaraq 9,5 (hüquqi şəxslərə 8,5%) təşkil edəcək.

Beləliklə, bank həm əhalinin, həm də hüquqi şəxslərin əmanətlərinin gəlirliyini illik 3,5% artırdı. Bununla yanaşı, 36 ay müddətinə qoyulan əhalinin əmanətlərinə 13,9% və müvafiq olaraq 24 ay müddətli hüquqi şəxslərin əmanətlərinə 13,5% illik faiz dərəcəsi təyin edib.

Depozit hesabını bankın istənilən filial və şöbəsində açdırmaq mümkündür. Yeni faiz dərəcələri bankın təmsil olunduğu bütün bölgələrinə aiddir.

Faiz dərəcələrinin artırılması və bankın yüksək etibarlığı vəhdəti müştərilərin daha çox gəlir əldə etmələrinə imkan yaradır.

Əmanətlər haqqında daha ətraflı məlumatı bankın rəsmi internet səhifəsində və 144 nömrəsinə zəng etməklə əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti