...

"PAŞA Həyat"ın nümayəndə heyəti ATİB-in illik yığıncağında iştirak edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2015 14:24 (UTC +04:00)
28 fevral 2015-ci il tarixində Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) növbəti illik Ümumi Yığıncağı keçirilib.
"PAŞA Həyat"ın nümayəndə heyəti ATİB-in illik yığıncağında iştirak edib

Azərbaycan, Bakı, 2 mart /Trend/

28 fevral 2015-ci il tarixində Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) növbəti illik Ümumi Yığıncağı keçirilib.

"PAŞA Həyat Sığorta" şirkətinin nümayəndə heyətinin qatıldığı iclasda millət vəkilləri, dövlət və hökumət orqanlarının rəsmi nümayəndələri, ATİB-ə üzv şirkətlərin təmsilçiləri, həmçinin Türkiyədən və Rusiyadan dəvət olunmuş qonaqlar iştirak ediblər. Ümumi yığıncaqda çıxış edənlər Azərbaycanla Türkiyə arasındakı iqtisadi-siyasi əlaqələrin uğurlu inkişafını, ATİB-in və birliyə üzv təşkilatların fəaliyyətini yüksək qiymətləndiriblər.

Tədbirdə ATİB-in İdarə Heyətinin 2014-cü il üzrə fəaliyyəti barədə hesabatı, Birliyin 2014-cü il üzrə illik balansı və maliyyə hesabatları iclas iştirakçıları tərəfindən təsdiqlənmişdir.

Ümumi yığıncaqda ATİB-in nizamnaməsinə əsasən, İdarə Heyətinin tərkibi, Ehtiyat üzvləri və İdarə Heyətinin sədrinin seçilməsi məsələsinə baxılıb və qərarlar qəbul edilib.

Müvafiq qərarla "PAŞA Həyat Sığorta" ASC-nin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov ATİB-in İdarə Heyətinin sədr müavini təsdiq edilib.
Qeyd edək ki, "PAŞA Həyat" 2013-cü ilin fevral ayından ATİB-in üzvüdür. Şikrət ATİB-in üzvləri sırasında aktivliyi ilə seçirilib. Belə ki, "PAŞA Həyat" ötən ilin sentyabr ayında ATİB-in və Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının tərəfdaşlığı ilə Bakıda keçirilən "İqtisadi artım və sənayeləşmə: Azərbaycanın imkanları və Türkiyənin təcrübələri" adlı regional konfransın baş sponsoru olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti