...

Azərbaycan 1,1 milyard dollar məbləğində 3 "Boeing" təyyarəsi sifariş verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2015 11:40 (UTC +04:00)
Azərbaycanın "Silk Way West" şirkəti "Boeing" şirkətindən 3 ədəd "747-8 Freighter" modelli təyyarə sifariş verib.
Azərbaycan 1,1 milyard dollar məbləğində 3 "Boeing" təyyarəsi sifariş verib

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir Azad Həsənli/

Azərbaycanın "Silk Way West" şirkəti "Boeing" şirkətindən 3 ədəd "747-8 Freighter" modelli təyyarə sifariş verib. Bu barədə çərşənbə günü Trend Bloomberg-ə istinadən məlumat verir.

Təyyarələrin ümumi məbləği 1,1 milyard dollar təşkil edir.

"Silk Way" şirkətlər qrupunun prezidenti Zaur Axundov deyib: "Silk Way Airlines" şirkətinin müvəffəqiyyəti və mənfəəti aviaparkının və xidmətlərinin genişləndirilməsinə yatırılan sərmayələrin, eləcə də artan regional və neynəlxalq nüfuzunun birbaşa nəticəsidir. Əminəm ki, 3 yeni "Boeing 747-8" sayəsində şirkət indiki inkişaf tempini saxlayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti