...

Azərbaycan və Çexiya arasında siyasi və iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etdiyi vurğulanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2015 13:30 (UTC +04:00)
Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Çex Respublikasının sənaye və ticarət naziri Yan Mladekin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan və Çexiya arasında siyasi və iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etdiyi vurğulanıb

Azərbaycan, Bakı, 4 mart /Trend/

Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Çex Respublikasının sənaye və ticarət naziri Yan Mladekin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan və Çex respublikaları arasında siyasi və iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayan Samir Şərifov bununla belə, əməkdaşlığın inkişafı üçün geniş imkanlar olduğunu, ölkələrimizin potensialından istifadə edərək mövcud iqtisadi əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib, Azərbaycanın hazırkı sosial-iqtisadi vəziyyəti və qazanılmış uğurlar barədə məlumat verib.

Ölkəsinin Azərbaycanla əlaqələrə önəm verdiyini qeyd edən Yan Mladekin müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşüb.

Görüşdə maliyyə, energetika, nəqliyyat və dəmir yollarının yenidən qurulması, qarşılıqlı investisiya qoyuluşu, ticarət, kiçik və orta biznesin və sənayenin inkişafı, kənd təsərrüfatı və s. sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti