...

Macarıstan Azərbaycan vətəndaşlarına vizaların verilməsi prosedurunu sadələşdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2015 13:54 (UTC +04:00)
Macarıstan yaxın vaxtlarda Bakıda Azərbaycan vətəndaşları üçün Şengen vizasının rəsmiləşdirilməsində texniki xidmətlər gpstərəcək viza mərkəzi açacaq.
Macarıstan Azərbaycan vətəndaşlarına vizaların verilməsi prosedurunu sadələşdirir

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir Səba Ağayeva/

Macarıstan yaxın vaxtlarda Bakıda Azərbaycan vətəndaşları üçün Şengen vizasının rəsmiləşdirilməsində texniki xidmətlər göstərəcək viza mərkəzi açacaq. Bunu Trend-ə Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora deyib.

Onun sözlərinə əsasən, Macarıstanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsi vizaların əldə edilməsi üçün Macarıstanın şirkətlərindən birinin idarə etdiyi bu mərkəzə pasportların qəbulu prosedurunu tapşıracaq.

Səfir hesab edir ki, viza mərkəzinin açılması Macarıstana səfər etmək üçün Azərbaycan vətəndaşlarının viza almaq prosedurunu xeyli asanlaşdıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti