...

Azərbaycanda bəzi sahələrdə əmək müqavilələrin pozulması faktları artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2015 15:12 (UTC +04:00)
Ötən ilin oktyabrından bu günədək Azərbaycanda 179 mindən çox əmək müqaviləsi ləğv edilib.
Azərbaycanda bəzi sahələrdə əmək müqavilələrin pozulması faktları artıb

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir Azad Həsənli/

Ötən ilin oktyabrından bu günədək Azərbaycanda 179 mindən çox əmək müqaviləsi ləğv edilib. Trend-in məlumatına görə, bunu mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.

Onun sözlərinə görə, ləğv edilmiş müqavilələrin ümumi sayından 130,03 mini (72,8 faiz) kişilərin, 48,78 mini isə (27,2 faiz) qadınların payına düşüb.

Bununla belə, 3 191 halda əmək müqaviləsi ştatın azaldılması ilə əlaqədar pozulub.

İ.İsayev qeyd edib ki, əmək müqavilələrini həddən çox ləğv edən işə götürənlərə qarşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yoxlamalar aparır və müqavilənin pozulması səbəbini qanunvericilik qaydasında əsaslandırmağı tələb edir: "Əmək müqavilələri daha çox işçilər, sürücülər, satıcılar, operatorlar və tikinti, ticarət, emal sənayesi, turistlərin yerləşdirilməsi, ictimai iaşə sahələrində işləyən digər peşə nümayəndələri ilə bağlı pozulur".

Nazir müavininin sözlərinə görə, bu onunla əlaqədardır ki, bu sahələrdə əmək müqavilələri əsasən müəyyən müddətə bağlanır: "Ötən illə müqayisədə tikinti, ticarət, ictimai iaşə və turistlərin yerləşdirilməsi kimi sahələrdə bu tendensiya təqribən 30 faiz artıb".

2015-ci il martın 1-nə olan məlumata görə, nazirliyin informasiya sistemində 1,26 milyondan çox aktiv əmək müqaviləsi mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti