...

Azər-Türk Bankın baş ofisi yeni ünvanda fəaliyyətə başladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2015 17:02 (UTC +04:00)
Novruz tətilindən sonra Azər-Türk Bankın baş ofisi fəaliyyətinə yeni ünvanda başlayıb.
Azər-Türk Bankın baş ofisi yeni ünvanda fəaliyyətə başladı

Azərbaycan, Bakı, 29 mart /Trend/

Novruz tətilindən sonra Azər-Türk Bankın baş ofisi fəaliyyətinə yeni ünvanda başlayıb. Bank artıq Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 55 ünvanında deyil, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 85; 192/193 ünvanında fəaliyyət göstərir.

Bankdan Trend-ə bildiriblər ki, yeni ofisdə yaradılmış iş şəraiti, müasir bankçılıq texnologiyalarını özündə birləşdirən yüksək xidmət imkanları müştərilərin məmnuniyyəti üçündür.

Universal xarakterli Azər-Türk Bank ən müxtəlif çeşiddə bank məhsul və xidmətlərini təqdim edir. Müştərilər bankın martın 29-dan yeni ünvanda fəaliyyət göstərən Müştəri Xidmətləri Departamentinə və ya Bakı, Gəncə, Naxçıvan şəhərlərindəki filiallarına müraciət etməklə bu sərfəli imkanlardan faydalana bilərlər.

Azər-Türk Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, yaxud 945 nömrəli Müştəri Xidmətindən əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti