...

"Pirallahı adası"nda yeni quyular qazılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2015 17:13 (UTC +04:00)
Kompleks Qazma İşləri Tresti “Pirallahı adası” yatağında 3 yeni quyuda qazma işlərinə başlayıb.
"Pirallahı adası"nda yeni quyular qazılır

Azərbaycan, Bakı, 30 mart /Trend/

Kompleks Qazma İşləri Tresti "Pirallahı adası" yatağında 3 yeni quyuda qazma işlərinə başlayıb.

Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, 1189 nömrəli quyunun layihə dərinliyi 640 metr, 1181 nömrəli quyunun layihə dərinliyi 740 metr, 1143 nömrəli quyunun layihə dərinliyi isə 870 metrdir.

Qeyd edək ki, "Abşeronneft" NQÇİ-nin sifarişi ilə Qirməki Altı Lay Dəstəsinə qazılan quyuların hər birindən sutkada 4-5 ton neft hasil ediləcəyi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti