...

“AtaTravel” MMC-nin ofisi yeni ünvana köçüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Mart 2015 12:28 (UTC +04:00)
“AtaTravel” MMC-nin ofisi yeni ünvana köçüb.
“AtaTravel” MMC-nin ofisi yeni ünvana köçüb

Azərbaycan, Bakı, 31 mart /Trend/

"AtaTravel" MMC-nin ofisi yeni ünvana köçüb.

Martın 29-dan "AtaTravel" MMC-nin ofisi yeni ünvana köçüb.

Trend xəbər verir ki, "AtaTravel" MMC-nin ofisi Bakı şəhəri, AZ1010, Səbail rayonu, Xəqani küçəsi, 115 A ünvanında fəaliyyət göstərir.

Yeni ofisdə yaradılmış iş şəraiti, müasir texnologiyaları özündə birləşdirən yüksək xidmət imkanları müştərilərin məmnuniyyəti üçündür. "AtaTravel" MMC-nin yeni telefon və faks nömrələri: Tel.: 493 05 01, 493 05 08; Faks.: 493 05 04.

Qeyd edək ki, "AtaTravel" MMC turizm agentliyi 2011-ci ildə təsis edilib və Azərbaycanın ən tanınmış holdinqlərdən biri olan, iqtisadiyyatın ayrı-ayrı sektorlarında böyük uğurlara imza atan "AtaHolding" Şirkətlər Qrupunun törəmə şirkətlərindən biridir.

"AtaTravel" MMC qısa zaman ərzində özünü etibarlı və peşəkar tərəfdaş kimi tanıtmağı qarşısına məqsəd qoyub."AtaTravel" turizm agentliyi dünyanın istənilən nöqtəsinə səfərlər üzrə çoxsaylı xidmətlər təklif edir. Şirkət müştərilərə otellər, transferlər, aviabiletlərin, turların əvvəlcədən bronlaşdırılması, sığorta və viza xidmətləri göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti