...

Aİ Azərbaycanla müştərək hava məkanı barədə danışıqlara hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2015 13:12 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) Azərbaycanla müştərək hava məkanı ilə bağlı danışıqlara başlamağa hazırdır.
Aİ Azərbaycanla müştərək hava məkanı barədə danışıqlara hazırdır

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir Anaxanım Hidayətova/

Avropa İttifaqı (Aİ) Azərbaycanla müştərək hava məkanı ilə bağlı danışıqlara başlamağa hazırdır.

Trend-in məlumatına görə, bunu çərşənbə axşamı mətbuat konfransında Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Malena Mard bildirib.

M.Mardın sözlərinə görə, Azərbaycanla Aİ arasında müştərək hava məkanının yaradılması məsələsinə Aİ-nin may ayında Riqada keçiriləcək sammitində də toxunulacaq.

Diplomat qeyd edib ki, ötən il ərzində bu məsələ tərəflər arasında müzakirə olunmayıb.

"Azərbaycan tərəfinin razılığı olarsa, biz bu il danışıqlara başlamağa hazırıq", - deyə Aİ-nin Bakı ofisinin rəhbəri əlavə edib.

Qeyd edək ki, müştərək hava məkanının yaradılması Avropa Komissiyasının təşəbbüsüdür və bu təşəbbüs Avropa ölkələrinin çoxu üçün hava məkanının bölünməsi və idarəsi vahid sistemdə olacaq. Azərbaycanın Aİ ilə əməkdaşlıq münasibətləri "Şərq Tərəfdaşlığı" layihəsi çərçivəsində gerçəkləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti