...

Elman Rüstəmov: Azərbaycan 2016-cı il dövlət büdcəsində neftin qiymətini 50 dollardan hesablayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2015 14:36 (UTC +04:00)
2016-cı il dövlət büdcəsinin proqnozları 1 barel neftin qiymətinin 50 dollar əsasında formalaşdırılacaq.
Elman Rüstəmov: Azərbaycan 2016-cı il dövlət büdcəsində neftin qiymətini 50 dollardan hesablayacaq

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir Azad Həsənli/

2016-cı il dövlət büdcəsinin proqnozlarına görə, 1 barel neftin qiyməti 50 dollar əsasında formalaşdırılacaq. Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə heyətinin sədri Elman Rüstəmov Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında deyib.

O bildirib ki, iri maliyyə institutlarının proqnozlarına əsasən 1 barel neftin qiyməti 50-55 dollar arasında dəyişəcək: "Artıq uzun müddətdir neftin qiyməti bu diapazonda hərəkət edir. Hesablamalarımıza görə, neftin qiyməti 50-55 dollar səviyyəsində qorunacaq. Buna görə də 2016-cı il üçün biz neftin 1 barel baza qiymətini 50 dollar səviyyəsində müəyənləşdirməyi planlaşdırırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti