...

Mərkəzi Bank manatın məzənnəsində ciddi dəyişiklik gözləmir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2015 15:22 (UTC +04:00)
"Azərbaycanda ABŞ dollarına nisbətdə manatın məzənnəsində ciddi dəyişikliklər gözlənilmir, amma neftin qiyməti kəskin şəkildə azalsa, milli valyutanın məzənnəsi bu şərtlərə uyğunlaşdırılacaq".
Mərkəzi Bank manatın məzənnəsində ciddi dəyişiklik gözləmir

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir Azad Həsənli/

"Azərbaycanda ABŞ dollarına nisbətdə manatın məzənnəsində ciddi dəyişikliklər gözlənilmir, amma neftin qiyməti kəskin şəkildə azalsa, milli valyutanın məzənnəsi bu şərtlərə uyğunlaşdırılacaq". Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında bildirib.

E.Rüstəmov qeyd edib ki, ölkədə manatın ciddi devalvasiyası gözlənilmir: "Lakin milli valyutanın məzənnəsi dünya bazarlarındakı vəziyyətdən, xüsusilə də neftin qiymətinin kəskin ucuzlaşması ilə əlaqədar dəyişə bilər. Bununla belə, iri maliyyə institutlarının qiymətləndirməsinə görə, dolların qiyməti bir barelə görə 50-55 dollar arasında tərəddüd edəcək".

AMB sədri deyib ki, əvvəl Azərbaycan neftinin bir bareli 140 dollara satılırdı, indi isə onun dəyəri 50-55 dollara qədər azalıb: "Buna görə də müvafiq tədbirlər görmək lazımdır".

Onun sözlərinə görə, Mərkəzi Bank hamı tərəfindən dəstəklənən qərarlar qəbul etməyə məcbur deyil: "Kimsə belə qərarlar qəbul etmək üçün işləyirsə, o, böyük səhv edir. Qərarlar ölkənin və əhalinin maraqlarının müdafiəsi üçün qəbul olunur".

İclas zamanı deputat Vahid Əhmədov təklif edib ki, gələn ilin əvvəlinədək yumşaq devalvasiya aparılsın və bununla da manat öz bazar dəyərinə çata bilsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti