...

"Standard & Poor's" beynəlxalq reytinq agentliyi “PAŞA Bank”ın reytinqini təsdiqləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2015 11:14 (UTC +04:00)
Beynəlxalq reytinq agentliyi "Standard & Poor's" Azərbaycanın ən iri banklarından biri olan "PAŞA Bank"ın reytinqini – uzunmüddətli "BB-" və qısamüddətli “B” səviyyəsində, "stabil" proqnozu ilə bir daha təsdiqləyib.
"Standard & Poor's" beynəlxalq reytinq agentliyi “PAŞA Bank”ın reytinqini təsdiqləyib

Azərbaycan, Bakı, 2 aprel /Trend/

Beynəlxalq reytinq agentliyi Standard & Poor's Azərbaycanın ən iri banklarından biri olan "PAŞA Bank"ın reytinqini - uzunmüddətli "BB-" və qısamüddətli "B" səviyyəsində "stabil" proqnozu ilə bir daha təsdiqləyib.

Trend-in məlumatına görə, PAŞA Bankın İdarə Heyətinin üzvü, Baş İnvestisiya direktoru Taleh Kazımovun sözlərinə görə, regionda makroiqtisadi risklərin artmasının müşahidə olunduğu müasir dövrdə PAŞA Bankın reytinqinin təsdiqlənməsi Bankın etibarlılığının tutarlı təsdiqidir.

"Real sektorun etibarlı maliyyə tərəfdaşı mövqeyini tutmaqla, biz gələcəkdə də biznesi dəstəkləyəcək və Azərbaycan iqtisadiyyatının inkişafına və diversifikasiyasına öz töhfəmizi verməyə hazırıq", - deyə T.Kazımov əlavə edib.

Xatırladaq ki, bu Azərbaycanın 100% yerli kapitala malik olan özəl bankları arasında ən yüksək reytinqdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti