...

Azərbaycan xaricdə malların emalı üçün icazənin alınması prosedurunu sürətləndirdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Aprel 2015 15:09 (UTC +04:00)
Azərbaycanda xüsusi gömrük proseduru çərçivəsində xaricdə malların emalı üçün icazənin alınması ərizəsinə baxılması dövrü iki günədək azaldılıb.
Azərbaycan xaricdə malların emalı üçün icazənin alınması prosedurunu sürətləndirdi

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir Azad Həsənli/

Azərbaycanda xüsusi gömrük proseduru çərçivəsində xaricdə malların emalı üçün icazənin alınması ərizəsinə baxılması müddəti iki günədək azaldılıb.

Nazirlər Kabineti "Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"nda dəyişiklik edilməsi barədə qərar qəbul edib. Trend-in məlumatına görə, Nazirlər Kabinetinin qərarı cümə günü rəsmi mətbuatda dərc edilib.

Daha əvvəl belə ərizələrin baxılma müddəti 3 gün təşkil edib.

Qeyd edək ki, Azərbaycanda xaricdə malların emalı dövrü ərizəçinin təqdim etdiyi informasiya əsasında gömrük orqanları tərəfindən müəyyənləşir, bununla belə, müddət 2 ili ötməməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti