...

Azərbaycan tikinti işlərinin keyfiyyətinə nəzarəti gücləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2015 11:17 (UTC +04:00)
Azərbaycana tikinti işlərinin keyfiyyətinə nəzarət etmək üçün yeni qurğular gətiriləcək.
Azərbaycan tikinti işlərinin keyfiyyətinə nəzarəti gücləndirir

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir Anar Məmmədov/

Azərbaycana tikinti işlərinin keyfiyyətinə nəzarət etmək üçün yeni qurğular gətiriləcək.

Trend-in məlumatına görə, bunu İnşaat və Memarlıq Elmi Tədqiqat İnstitutunun Beton və dəmir-beton texnologiyalar laboratoriyasının müdiri Malik Mirzəyev deyib.

Onun sözlərinə əsasən, bu qurğular beton və armaturun keyfiyyətini, körpülərdə yaranan çatları, binaların fundamentini və s. təqdiq etməyə imkan verəcək.

M.Mirzəyev əlavə edib ki, həmin qurğular binaların vaxtında möhkəmləndirilməsini aparmağa imkan verəcək ki, bu da olduqca vacib vəzifədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti