...

Unibank-ın Mingəçevir filialı yeni ünvanda

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Aprel 2015 19:34 (UTC +04:00)
Öz müştəriləri üçün xidmət imkanlarını gündən-günə yaxşılaşdıran Unibank-dan Mingəçevir və ətraf rayonların əhalisinə xoş xəbər var.
Unibank-ın Mingəçevir filialı yeni ünvanda

Azərbaycan, Bakı, 21 aprel /Trend/

Öz müştəriləri üçün xidmət imkanlarını gündən-günə yaxşılaşdıran Unibank-dan Mingəçevir və ətraf rayonların əhalisinə xoş xəbər var. Bankın Mingəçevir filialı yenilənib. Artıq yeni ünvanda və daha geniş ofisdə Heydər Əliyev prospekti, 36 saylı binanın qarşısında yerləşən filial (2 saylı Notariat kontoruna yaxın) müştərilərinə bütün bank xidmətlərini göstərəcək.

Mingəçevir filialı yeni ünvanda vətəndaşlara kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatları daxil olmaqla, bütün bank xidmətlərini göstərməkdə davam edəcək. Filial fərdi şəxslərlə yanaşı, kiçik və orta biznes sahiblərinə də xidmət edir.Vətəndaşlar filialdan nağd kreditlər və mikro kreditlər götürə bilərlər. Yüksək səviyyəli xidmətdən və keyfiyyətli bank məhsullarından faydalanmaq istəyən hər kəs Unibank-ın Mingəçevir filialına müraciət edə bilər.

Hazırda baş ofis də daxil olmaqla, "Unibank" 40 filialı ilə müştərilərin xidmətindədir. İldən-ilə xidmət şəbəkəsini genişləndirən bankın paytaxtda 24, bölgələrdə isə 16 filialı var.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Unibank-ın saytından (http://www.unibank.az) və yaxud bankın "facebook" səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti