...

"Paşa Həyat" sığorta ödənişlərini xeyli artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2015 18:03 (UTC +04:00)
“Paşa Həyat” sığorta şirkəti 2015-ci ilin I rübündə yüksək inkişaf meyllərini davam etdirib.
"Paşa Həyat" sığorta ödənişlərini xeyli artırıb

Azərbaycan, Bakı, 22 aprel /Trend/

"Paşa Həyat" sığorta şirkəti 2015-ci ilin I rübündə yüksək inkişaf meyllərini davam etdirib. Belə ki, rüb ərzində şirkətin ümumi aktivlərinin həcmi 14,1 milyon manat və ya 15,4% artaraq 106,0 milyon manata, investisiya portfeli isə 5,5 milyon manat və ya 6,8% artaraq 86,0 milyon manata çatıb.

Trend-in məlumatına görə, bu barədə şirkətin strateji inkişaf üzrə direktoru İsrail Qarayev bildirib.

İ.Qarayevin sözlərinə görə, rüb ərzində "Paşa Həyat"ın sığorta haqları ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,9 milyon manat və ya 54,4% artaraq 14,0 milyon manat, sığorta ödənişlərinin həcmi isə 1,1 milyon manat və ya 3,5 dəfə artaraq 1,5 milyon manat təşkil edib.

Sığorta şirkətinin əsas maliyyə sabitliyi göstəricisi olan sığorta ehtiyatlarının həcmi rüb ərzində 10,7 milyon manat və ya 23,4% artaraq 56,3 milyon manata çatıb.

I rübün nəticələrinə əsasən, "Paşa Həyat" sığorta daxilolmaları üzrə 44%-lik bazar payına malik olmaqla, ölkənin həyat sığortası bazarının mütləq lideridir.

"Paşa Həyat Sığorta" ASC 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Kapitallaşma səviyyəsinə və biznes göstəricilərinə görə şirkət həyat sığortası bazarının ən iri şirkətidir. Cari ilin aprel ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 milyon manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti