...

Bank BTB-nin səhmlərinin satışına başlanılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2015 19:49 (UTC +04:00)
Aprelin 23-dən etibarən Bakı Fond Birjasının (BFB) alternativ bazar seqmentində "Bank BTB" ASC-nin sənədli, adlı, adi səhmlərinin satışına başlanılacaq.
Bank BTB-nin səhmlərinin satışına başlanılacaq

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir Azad Həsənli/

Aprelin 23-dən etibarən Bakı Fond Birjasının (BFB) alternativ bazar seqmentində "Bank BTB" ASC-nin sənədli, adlı, adi səhmlərinin satışına başlanılacaq.

Trend-in BFB-yə istinadən verdiyi məlumata əsasən, emissiya çərçivəsində hər birinin nominal dəyəri 1000 manat olan 5,16 min səhm buraxılıb.

Yerləşdirmənin anderrayteri qismində "Unicapital" ASC çıxış edir. Məlumata əsasən, bankın səhmdarları mayın 23-dək səhmlərin əldə edilməsi üzrə üstünlüyə malikdirlər. Bankın qiymətli kağızları BFB-nin alternativ bazar seqmentinin listinqinə qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti