...

Dünya Bankı Azərbaycanda iki yol layihəsinin təftişini aparacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2015 23:30 (UTC +04:00)
Azərbaycanda yol layihələrinin reallaşdırılmasının gedişi ilə tanış olmaq üçün Dünya Bankının (DB) missiyası mayın 5-dən Bakıda olacaq.
Dünya Bankı Azərbaycanda iki yol layihəsinin təftişini aparacaq

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir Azad Həsənli/

Azərbaycanda yol layihələrinin reallaşdırılmasının gedişi ilə tanış olmaq üçün Dünya Bankının (DB) missiyası mayın 5-də Bakıya səfər edir. DB-nin Bakı nümayəndəliyindən Trend-ə bildiriblər ki, missiyanın səfəri mayın 16-da bitəcək.

Nümayəndəlikdən qeyd ediblər ki, layihə rəhbəri Elizabet Vanqın başçılıq etdiyi icmal missiyası ikinci və üçüncü yol layihələrinin (Highway II və Highway III) reallaşdırılmasının gedişilə tanış olacaq.

Səfər çərçivəsində missiya üzvlərinin Nəqliyyat Nazirliyi və "Azəryolservis" ASC-nin nümayəndələri ilə görüşlər keçirməsi gözlənilir.

Nümayəndəlikdən deyiblər ki, hər iki layihə qrafik üzrə reallaşdırılır: "Bütün işlər qrafikə uyğun aparılır. Bir neçə il əvvəl bu layihələrin restrukturizasiyası aparılıb, yəni onlar optimallaşdırılıb, buna görə də hazırda onların maliyyələşdirilməsinin artırılmasına zərurət yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti