...

BVF Azərbaycanın iqtisadi inkişafının perspektivləri üzrə məsləhətləşmələr aparacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 May 2015 03:40 (UTC +04:00)
Azərbaycan iqtsiadiyyatının inkişafının mövcud proseslərini və perspektivlərini müzakirə etmək üçün Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya üzrə Departamentin müşaviri Raca Almarzoqinin başçılıq etdiyi BVF-nin Azərbaycan üzrə missiyasının iyunun 2-də Bakıya səfəri başlayacaq.
BVF Azərbaycanın iqtisadi inkişafının perspektivləri üzrə məsləhətləşmələr aparacaq

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir Ənvər Məmmədli/

Azərbaycan iqtsiadiyyatının inkişafının mövcud proseslərini və perspektivlərini müzakirə etmək üçün Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya üzrə Departamentinin müşaviri Raca Almarzoqinin başçılıq etdiyi BVF-nin Azərbaycan üzrə missiyasının iyunun 2-də Bakıya səfəri başlayacaq.

Bunu Trend-ə BVF-nin Bakı ofisinin rəhbəri Ağgün Qədirli deyib. Səfərin əsas məqsədi Azərbaycanda iqtisadi inkişafın və onun perspektivlərinin qiymətləndirilməsinin yenilənməsi, eləcə də makroiqtisadi siyasət üzrə müzakirələrin aparılmasıdır.

Səfər çərçivəsində Maliyyə, Vergilər, İqtisadiyyat və Sənaye və başqa nazirliklərdə görüşlərin keçirilməsi planlaşdırılıb.

BVF-nin missiyası iyunun 8-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti