...

Asiya İnkişaf Bankı yeni strategiya hazırlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 May 2015 20:04 (UTC +04:00)
Bakıda Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci illik toplantısında aparılmış müzakirələr AİB-i daha güclü etməyə kömək edəcək.
Asiya İnkişaf Bankı yeni strategiya hazırlayacaq

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir Azad Həsənli/

Bakıda Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci illik toplantısında aparılmış müzakirələr AİB-i daha güclü etməyə kömək edəcək. Trend-in məlumatına görə, bunu AİB-in Takehiko Nakao toplantı çərçivəsində keçirilmiş yekun mətbuat konfransında deyib.

Onun sözlərinə görə, AİB diqqəti yoxsulluğun səviyyəsinin azaldılmasına və inklüziv artımın çoxaldılmasına yönəltməyə davam edəcək.

T.Nakao qeyd edib ki, AİB regional əməkdaşlıq və inteqrasiyaya yardım sahəsində böyük təcrübəyə malikdir: "Əməkdaşlıq və ticarət imkanlarının yaxşılaşdırılması iqtisadi artım və yoxsulluğun azaldılması üçün həlledici əhəmiyyətə malikdir. Biz regionlar arasında əlaqələri və ticarəti təşviq etməliyik".

O, əlavə edib: "Bu il bankın 2020-ci ildən sonrakı yeni strategiyasını hazırlayacağıq. Strategiya AİB-in maliyyələşdirilməsini genişləndirməyi və Asiya-Sakit okean regionunda inkişaf şərtlərinin dəyişməsini nəzərə alacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti