...

Xalq Bankdan cəlbedici ipoteka təklifi

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 May 2015 15:21 (UTC +04:00)
"Xalq" Bank" ASC-nin daxili vəsaitləri hesabına təqdim etdiyi ipoteka krediti bank sektorunun ən cəlbedici təkliflərindən biri olaraq qalır.
Xalq Bankdan cəlbedici ipoteka təklifi

Azərbaycan, Bakı, 20 may /Trend/

"Xalq" Bank" ASC-nin daxili vəsaitləri hesabına təqdim etdiyi ipoteka krediti bank sektorunun ən cəlbedici təkliflərindən biri olaraq qalır.

Bankdan Trend-ə verilən məlumata görə, Xalq Bankın daxili ipoteka proqramı üzrə təklif etdiyi kredit məhsulu 25 ilədək müddətə, illik 10% dərəcəsindən başlayaraq, 500 min ABŞ dolları məbləğinədək verilir. İpoteka kreditini hətta Azərbaycan Respublikasının qeyri-rezidenti olan şəxslər ala bilər.

Xatırladaq ki, Xalq Bank əhaliyə həm Azərbaycan İpoteka Fondunun xətti, həm də bankın daxili vəsaitləri hesabına verdiyi ipoteka kreditlərinin sayına görə ölkədə liderdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti