...

Ziyad Səmədzadə: Tikinti zamanı texnoloji intizama riayət edilməlidir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 May 2015 21:03 (UTC +04:00)
Azərbaycanda müasir standartlara cavab verən infrastruktur obyektlərinin tikintisi ilə peşəkarlar məşğul olmalı və onlar texnoloji prosesin bütün mərhələlərinə, eləcə də texnoloji və əmək intizamına riayət etməlidirlər.
Ziyad Səmədzadə: Tikinti zamanı texnoloji intizama riayət edilməlidir

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir Azad Həsənli/

Azərbaycanda müasir standartlara cavab verən infrastruktur obyektlərinin tikintisi ilə peşəkarlar məşğul olmalı və onlar texnoloji prosesin bütün mərhələlərinə, eləcə də texnoloji və əmək intizamına riayət etməlidirlər. Bunu Trend-ə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib.

O, Azərbaycan rəhbərliyinin Bakının yaşayış binasında baş vermiş hadisəyə dərhal reaksiya verməsini təqdir edərək bildirib ki, dövlət bu istiqamətdə işi davam etdirir: "Bu onu göstərir ki, dövlət həmişə əhalıinin maraqlarını qoruyur".

Z.Səmədzadə əlavə edib ki, hazırkı təhlükəsizlik sisteminin SSRİ dövründəkindən pis olduğunu söyləmək olmaz: "SSRİ dövründə texnoloji və əmək intizamına riayət edilməməsi səbəbindən baş vermiş bir çox iri fəlakətləri misal göstərmək olar".

Qeyd edək ki, dünən Bakıda yaşayış binasında baş vermiş yanğın nəticəsində 15 nəfər ölüb, 56 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti