...

"AtaBank" filial sayını artırmağa davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 May 2015 10:00 (UTC +04:00)
Nərimanov rayonunda “AtaBank” ASC-nin yeni filialının açılışı olub.
"AtaBank" filial sayını artırmağa davam edir

Azərbaycan, Bakı, 26 may /Trend/

Nərimanov rayonunda "AtaBank" ASC-nin yeni filialının açılışı olub. Bankdan Trend-ə verilən məlumata görə, Koroğlu Rəhimov küçəsi 3a ünvanında yerləşən filial fiziki və hüquqi şəxslərə bütün növ bank xidmətləri göstərir.

Yeni xidmət mərkəzində həm fiziki, həm də korporativ müştərilərə bütün bank xidmətləri, o cümlədən, hesablaşma-kassa əməliyyatları, təcili pul köçürmələri, sərfəli şərtlərlə kreditlər, əmanətlərin qəbulu, müxtəlif plastik kartların sifarişi, valyuta mübadiləsi, kommunal xidmətlərin ödənişi kimi xidmətlər təklif olunur.

"AtaBank"-ın yeni "Gənclik" filialı bazar ertəsindən cümə gününə kimi saat 9:00-dan 18:00-a kimi müştəriləri qəbul edir. Şənbə günləri isə filial 10:00-dan 15:00-dək işləyir. "Gənclik" filialının əməkdaşları müştəriləri rahat və geniş ofislərində görməyə şad olacaq.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank olmaqdadır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

"AtaBank" ASC xidmət və məhsulları haqqında daha ətraflı məlumat almaq üçün bankın rəsmi www.atabank.com və ya www.facebook.com/atabank səhifələrini ziyarət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti