...

Oğuz sahibkarlarının investisiya layihələrinə dəstək verilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 May 2015 11:59 (UTC +04:00)
Oğuz rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna start verilir.
Oğuz sahibkarlarının investisiya layihələrinə dəstək verilir

Azərbaycan, Bakı, 26 may /Trend/

Oğuz rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna start verilir.

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Oğuz rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 21-də Oğuz rayonunun Yaqublu kəndində işgüzar forum keçirilib. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- ixtisaslaşdırılmış "yaşıl market"in yaradılması;
- 50 başlıq südlük istiqamətli müasir ailə fermer, taxılçılıq, üzümçülük, tərəvəzçilik və arıçılıq təsərrüfatlarının yaradılması;
- pendir, meyvəqurutma və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar:
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti