...

Misir Bakı - Şarm əl-Şeyx birbaşa hava reysinin açılmasını təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 May 2015 17:54 (UTC +04:00)
Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Misirin Cənubi Sinay vilayətinin qubernatoru Xalid Fodanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Misir Bakı - Şarm əl-Şeyx birbaşa hava reysinin açılmasını təklif edir

Azərbaycan, Bakı, 27 may /Trend/

Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Misirin Cənubi Sinay vilayətinin qubernatoru Xalid Fodanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə nazir, Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri Ş.Mustafayev ölkələrimiz arasında əlaqələrin uğurla davam etdiyini, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin, keçirilən görüşlərin əməkdaşlığın inkişafında xüsusi əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, Azərbaycan nümayəndə heyəti bu yaxınlarda Misirdə keçirilmiş "Misirin iqtisadi inkişafı" mövzusunda Beynəlxalq Konfransda iştirak edib. Misir nümayəndə heyətinin Azərbaycana səfəri də iki ölkə arasında əlaqələrin inkişafına öz töhfəsini verəcək.

Ölkələrimizin siyasi, humanitar və energetika sahəsində əməkdaşlıq etdiyini qeyd edən Ş.Mustafayev kənd təsərrüfatı, turizm, sənaye, alternativ enerji sahələrində əməkdaşlıq imkanlarının olduğunu diqqətə çatdırıb. Görüşdə ölkələrimizin regionları arasında əlaqələrin genişləndirilməsinin önəmi vurğulanıb, iş adamları arasında əməkdaşlığın təşviq olunmasının əlaqələrin inkişafı baxımından əhəmiyyətli diqqətə çatdırılıb.

Misirin Cənubi Sinay vilayətinin qubernatoru X.Foda ölkəsinin güclü iqtisadiyyata malik Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Ölkələrimiz arasında əməkdaşlığın inkişafı baxımından qarşılıqlı səfərlərin intensivləşdirilməsinin önəmini qeyd edən X.Foda Azərbaycan nümayəndə heyətini bu ilin noyabrında və 2016-cı ildə Misirdə keçiriləcək iqtisadi forumlara dəvət edib.

Turizm sahəsində əlaqələrin genişləndirilməsi üçün geniş potensialın olduğunu diqqətə çatdıran X.Foda Azərbaycan və Şarm əl-Şeyx arasında birbaşa hava reysinin açılmasını, eləcə də Misirdə Azərbaycan həftəsinin keçirilməsini təklif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti