...

Bir neçə Moskva-Bakı reysi yubanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 May 2015 13:00 (UTC +04:00)
Bir neçə Moskva-Bakı aviareysi dünən axşam və şənbə gününə keçən gecə Bakıya gecikmə ilə çatıb.
Bir neçə Moskva-Bakı reysi yubanıb

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir Maksim Tsurkov/

Bir neçə Moskva-Bakı aviareysi dünən axşam və şənbə gününə keçən gecə Bakıya gecikmə ilə çatıb. Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.

Məlumata əsasən, aviareyslərin yubanmasına səbəb əlverişsiz hava şəraiti olub: "Şeremetyevo aeroportundan uçan SU 1852 reysi üç saatlıq, Domodedovo aeroportundan uçan J2 857 reysi isə dörd saatlıq gecikmə ilə çatıb. Şeremetyevodan olan reysin yubanmasına görə əks istiqamətdə uçuş da gecikmə ilə həyata keçirilib".

Hazırda reyslərin həyata keçirilməsi üzrə işlər normal qaydada davam edir. Moskvanın Şeremetyevo aeroportundan yola düşən reys Bakıya cədvəl üzrə saat 15:20-də çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti