...

"TuranBank" DİN əməkdaşlarına endirimli istehlak kreditləri təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyul 2015 18:22 (UTC +04:00)
Kredit faizlərində endirim bankın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.
"TuranBank" DİN əməkdaşlarına endirimli istehlak kreditləri təklif edir

Azərbaycan, Bakı, 1 iyul /Trend/

Ümummilli lider Heydər Əliyevin 1998-ci ilin may ayının 24-də imzaladığı fərmana əsasən, hər il iyulun 2-si ölkəmizdə hüquq-mühafizə orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.

Bununla əlaqədar "TuranBank" daxili işlər orqanlarının şəxsi heyətini peşə bayramları münasibətilə təbrik edərək 2, 3 və 6 iyul tarixlərində onlar üçün bankın mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edir.

Bankdan Trend-ə verilən məlumata görə, göstərilən tarixlərdə bankın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.

Kredit faizlərində endirim bankın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.

Bank, müştərilərə sərfəli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə və ipoteka kreditləri təklif edir.

Bankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti