...

Nazirlik: Bakı-Tbilisi-Qars dəmiryolunun istismara verilmə tarixi hələ məlum deyil

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyul 2015 18:13 (UTC +04:00)
Bakı-Tbilisi-Qars dəmiryolu magistralının istismara verilməsi tarixi hələ dəqiq məlum deyil.
Nazirlik: Bakı-Tbilisi-Qars dəmiryolunun istismara verilmə tarixi hələ məlum deyil

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

Bakı-Tbilisi-Qars dəmiryolu magistralının istismara verilməsi tarixi hələ dəqiq məlum deyil. Bunu Trend-ə Türkiyənin Nəqliyyat, Gəmiçilik və Kommunikasiyalar Nazirliyindən deyiblər.

Nazirlikdən qeyd ediblər ki, Bakı-Tbilisi-Qars magistralının tikintisi haqqında sazişlə bağlı bir sıra problemlər mövcuddur: "Bu problemlər barədə hələ məlumat verə bilmərik".

Qeyd edək ki, daha əvvəl yayılmış məlumatda layihənin reallaşdırılmasının 2015-ci ildə başa çatacağı bildirilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti