...

Azərbaycanda daşınmaz əmlakın sığortası üzrə müqavilələrin sayı xeyli artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyul 2015 02:06 (UTC +04:00)
2015-ci ilin iyun ayında daşınmaz əmlakın icbari sığortası üzrə 13 487 sığorta müqaviləsi bağlanılıb.
Azərbaycanda daşınmaz əmlakın sığortası üzrə müqavilələrin sayı xeyli artıb

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir Azad Həsənli/

2015-ci ilin iyun ayında daşınmaz əmlakın icbari sığortası üzrə 13 487 sığorta müqaviləsi bağlanılıb.

Trend-in İcbari Sığorta Bürosuna (İSB) istinadən verdiyi məlumata görə, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 5 milyon manat təşkil edib.

Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 81,43%-i yaşayış evləri və mənzillər, 1,45%-i inzibati binalar, 17,12%-i isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 50%, sığorta haqlarının məbləğində isə 2,4 dəfə artım müşahidə edilib.

Ümumilikdə 2015-ci ilin yanvar-iyun ayları ərzində 67 112 sığorta müqaviləsi bağlanıb və bu müqavilələr üzrə sığorta haqları 17,9 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 29% azalma, sığorta haqlarının məbləğində isə 2 dəfə artım müşahidə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti