...

"Expressbank" müştərilərin rahatlığını artırmaq üçün yeni xidmət təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2015 13:40 (UTC +04:00)
"Expressbank" müştərilərin rahatlığıni artırmaq məqsədilə yeni xidmət təqdim edib.
"Expressbank" müştərilərin rahatlığını artırmaq üçün yeni xidmət təqdim edir

Azərbaycan, Bakı, 6 iyun /Trend/

"Expressbank" müştərilərin rahatlığını artırmaq məqsədilə yeni xidmət təqdim edib. "Expressbank"-dan Trend-ə verilən məlumata görə, artıq bankın mövcud müştəriləri öz ID şifrələrini (Müştəri kodu) öyrənmək üçün Banka bildirdiyi mobil nömrədən "ID" yazıb 8132 qısa nömrəsinə SMS göndərə bilərlər. İndiyədək bu şifrəni filialdan və ya 132 nömrəsinə zəng vurmaqla əldə etmək mümkün idi.

Müştəri şifrəsi vasitəsilə "Expressbank"ın korporativ saytında olan "Şəxsi kabinet" bölməsinə daxil olmaq mümkündür. Daha sonra, çox asan bir prosedur təşkil edən qeydiyyatdan keçərək, müştəri kredit ödənişi, cari hesaba mədaxil, depozit hesabının artırılması, bank kartı hesabına vəsaitin yerləşdirilməsi kimi əməliyyatlar həyata keçirə bilər. Qeyd edək ki, əməliyyatlar dərhal həyata keçir.

Bundan başqa müştərilər öz ID-ləri vasitəsilə "ExpressPay" ödəniş terminallarında "Expressbank"a aid ödənişlərini də (kredit ödənişi, əmanət və cari hesabın artımı, həmçinin bank kartlarına onlayn rejimdə mədaxil) edə bilərlər.

Müştəri xidməti keyfiyyətinə böyük önəm verən "Expressbank" digər rahat xidmət növləri də təqdim edəcək. Hazırda bankın rəsmi İnternet saytı hazırlanır və yaxın gələcəkdə müştərilərin ixtiyarına veriləcək. Saytda bir sıra yeni onlayn xidmət növləri olacaq.

"Expressbank"ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7000-dək POS terminal və 250-dək ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti