...

Hesab.az portalında onlayn-sığorta xidmətlərindən istifadə edənlərin sayı artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyul 2015 10:25 (UTC +04:00)
Hesab.az portalında online sığorta alanların sayı çoxalıb
Hesab.az portalında onlayn-sığorta xidmətlərindən istifadə edənlərin sayı artıb

Azərbaycan, Bakı, 8 iyul /Trend/

Hesab.az onlayn ödəmə portalı və "Atəşğah Sığorta" şirkətinin təqdim etdiyi onlayn-sığorta xidmətlərindən istifadə edənlərin sayı artıb. Trend-in məlumatına görə, bu ilin ilk altı ayında Hesab.az-da İcbari və Səyahət sığortasını əldə edənlərin sayı, keçən ilin ilk altı ayı ilə müqayisdə 142 faiz artıb.

Qeyd edək ki, Hesab.az portalında qeydiyyatdan keçən istifadəçilər İcbari və Səyahət sığorta polislərini ev və ofislərdən çıxmadan əldə edə bilərlər. Portalda yaradılan tam avtomatlaşdırılmış modul vasitəsi ilə hər bir bank kartının sahibi cəmi 3-4 dəqiqə ərzində sığortanın dəyərini hesablayıb, ödəyə bilər. Alınan sığorta polislərin müştəriyə çatdırılması 24 saat ərzində təmin edilir, Bakı və Sumqayıt üzrə isə çatdırılma pulsuzdur.

Səyahət sığorta polisləri isə 1 saat ərzində müştərinin poçt ünvanına göndərilir.

Hesab.az haqqında

170 mindən çox istifadəçisi olan Hesab.az, GoldenPay şirkətinə məxsus 70-dən çox təşkilata bank kartları vasitəsi ilə ödənişləri təqdim edən bir portaldır. Burada mobil və stasionar telefon operatorlarına, internet provayderlərə, televiziya, kommunal təşkilatlara, lizinq və banklara kreditlərinin ödənişini etmək mümkündür. Hesab.az portalında həm də onlayn sığorta xidmətləri və kinoteatrlara bilet belə almaq mümkündür. İstifadəçilərə "Şəxsi kabinet" yaratmaq, ödənişlərin tarixçəsini aparmaq və bonuslar qazanaraq müxtəlif hədiyyələr üzrə hərraclarda iştirak etmək imkanı təqdim edilir. Hesab.az portalı beynəlxalq elektron təhlükəsizlik standartlarına cavab verən müasir texniki infrastruktura malikdir. Hər ay 10 mln. manatdan çox və 100 minlərlə əməliyyat bu portal vasitəsi ilə həyata keçirilir. Həmçinin, portalın iOS, Android və Windows platformalarında tətbiqləri də mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti