...

Azərbaycanın 2 şəhərinin Baş planı təsdiqləndi

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2015 10:27 (UTC +04:00)
Hacıqabul və Neftçala şəhərlərinin Baş planları təsdiq edilib.
Azərbaycanın 2 şəhərinin Baş planı təsdiqləndi

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir Azad Həsənli/

Hacıqabul və Neftçala şəhərlərinin Baş planları təsdiq edilib. Trend-in məlumatına əsasən, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin saytında dərc olunan xəbərdə deyilir.

Məlumata əsasən, Hacıqabul və Neftçala şəhərlərinin Baş planları "Azıx" MMC şirkəti tərəfindən hazılanıb. Planlar şəhərlərin icra hakimiyyətlərinin başçısı tərəfindən təsdiq olunub.

Həmçinin qeyd edilib ki, iyulun 16-da isə Naftalan şəhəri İcra Hakimiyyətinin binasında şəhərin Baş planı ilə əlaqədar ictimai dinləmələr keçiriləcək.

Naftalan şəhərinin Baş planı "Renesans Studio" MMC şirkəti tərəfindən hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti