...

Ekspert: Azərbaycanda kənd təsərrüfatı sığortası mexanizmini təkmilləşdirmək lazımdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyul 2015 01:30 (UTC +04:00)
Azərbaycanda kənd təsərrüfatı sığortasının fəaliyyət dairəsini genişləndirmək üçün bu sığorta növünün mexanizmini təkmilləşdirmək lazımdır.
Ekspert: Azərbaycanda kənd təsərrüfatı sığortası mexanizmini təkmilləşdirmək lazımdır

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir Azad Həsənli/

Azərbaycanda kənd təsərrüfatı sığortasının fəaliyyət dairəsini genişləndirmək üçün bu sığorta növünün mexanizmini təkmilləşdirmək lazımdır. Trend-in məlumatına əsasən, bunu Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) sədri, "Aqrarkredit" QSC-nin idarə heyətinin üzvü Süleyman Kələşov deyib.

O bildirib ki, kənd təsərrüfatı sığortasının mövcud mexanizmi nə fermerləri, nə də sığorta şirkətlərini qane edir: "Fermerlər bu sahədə tətbiq olunan tarifləri yüksək hesab etdiyindən kənd təsərrüfatı sığortasında maraqlı deyillər".

S.Kələşov qeyd edib ki, kənd təsərrüfatı sığortası sığorta şirkətləri üçün riskli sahə olaraq qalır: "Daşqınlar, quraqlıqlar və digər təbii hadisələr tez-tez baş verir və sığorta şirkətləri bütün xərcləri ödəyə bilmir".

O bildirib ki, başqa bir problem kənd təsərrüfatı sığortasına ayrılan dövlət yardımlarıdır: "Hökumət kənd təsərrüfatı sığortasına marağı artırmaq üçün hər il dövlət büdcəsindən sığorta ödənişlərinin 50 faizini ödəmək məqsədilə vəsait ayırır. Ancaq problem ondadır ki, bu vəsaitin əldə edilmə proseduru çox mürəkkəbdir: sığorta hadisəsinin baş verdiyi rayonun icra hakimiyyəti həddindən artıq çox sənəd tələb edir və bu sənədlərin toplanması sığorta şirkətinin vaxtını alır. Ona görə bu, onlara sərf etmir".

Ekspert bildirib ki, məhz bu səbəbdən dövlət büdcəsindən ayrılan bütün vəsait təyinatı üzrə xərclənmir: "Dövlət yardımlarının alınma mexanizmini sadələşdirmək lazımdır ki, sığorta şirkətləri kənd təsərrüfatı sığortasına daha çox maraq göstərsinlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti