...

Asiya İnkişaf Bankı dəmiryol kreditini Azərbaycanda yeni layihəyə yönəltməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyul 2015 01:01 (UTC +04:00)
Asiya İnkişaf Bankı (AİB) Bakı-Sumqayıt dəmir yolunun bərpasına ayırdığı krediti ölkənin dəmiryolunun digər hissəsinin maliyyələşdirilməsinə yönəltməyə hazırdır.
Asiya İnkişaf Bankı dəmiryol kreditini Azərbaycanda yeni layihəyə yönəltməyə hazırdır

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir Azad Həsənli/

Asiya İnkişaf Bankı (AİB) Bakı-Sumqayıt dəmir yolunun bərpasına ayırdığı krediti ölkənin dəmiryolunun digər hissəsinin maliyyələşdirilməsinə yönəltməyə hazırdır.

Bu barədə Trend-ə bankın Bakı nümayəndəliyindən məlumat verilib.

Hazırda Bakı-Sumqayıt dəmiryolu xəttinin bərpası dövlət vəsaiti hesabına həyata keçirilir. Artıq dəmiryol xəttinin 63 kilometrindən 52 kilometri yenilənib. Əlavə olaraq 1,6 kilometr çəkiləcək.

Nümayəndəlikdən bildirilib ki, nə bank, nə də Azərbaycan hökuməti kreditdən imtina etmədiyinə görə, Bankın Direktorlar Şurası tərəfindən kreditin təsdiq müddəti 2016-cı il sentyabrın 22-nə keçirilib: "Kredit vəsaiti Bakı-Sumqayıt dəmir yolunun genişlənməsinə qoyula bilər və ya hökumətin təklifindən asılı olaraq, başqa hissə seçilə bilər".

Məlumatda qeyd edilir ki, dəmiryol layihəsi AİB-in 2015-2017-ci illərdə Azərbaycan üzrə biznes planına ehtiyat layihə kimi daxil edilib: "Azərbaycanın enerji sisteminin təkmilləşdirilməsi ilə bağlı layihəni 3 il təxirə saldıq. Çünki ölkənin Maliyyə Nazirliyi bu layihə üçün kredit almağa hazır deyildi. Ancaq bu il hökumət bu layihənin həyata keçirilməsinə razılıq verdi. Analoji vəziyyət dəmiryol layihəsində də müşahidə edilir. Hökumət müzakirəyə başlamaq qərarına gəlməyənədək, layihəni təxirə salacağıq və ya ondan imtina edəcəyik".

Məlumatda qeyd edilir ki, hazırda AİB-nin 2015-2017-ci illər üçün biznes planı Nazirlər Kabinetinə təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti