...

İpoteka istiqrazları üzrə növbəti hərrac keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2015 20:01 (UTC +04:00)
Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının 5 milyon manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.
İpoteka istiqrazları üzrə növbəti hərrac keçirilib

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir Azad Həsənli/

İyulun 28-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının 5 milyon manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

Trend-in BFB-yə istinadən verdiyi məlumata gröə, hərracda 1 birja üzvü iştirak edib. Sifarişin ümumi məbləği nominal üzrə 5 milyon manat təşkil edib.

Sifariş 100,1333% qiymətdə təqdim edilib.

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 5 milyon manat məbləğində müəyyən edilib.

İstiqraz vərəqələrinin ödənilmə tarixi 21 noyabr 2024-cü ildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti