...

"Bank of Baku" internet bankçılıq xidmətinin mobil versiyasını təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyul 2015 21:15 (UTC +04:00)
Müştərilərin hesablarına nəzarəti asanlaşdırmaq üçün “Bank of Baku” İnternet Bankçılıq xidmətinin mobil versiyasını istifadəyə verib.
"Bank of Baku" internet bankçılıq xidmətinin mobil versiyasını təqdim edir

Azərbaycan, Bakı, 30 iyul /Trend/

Müştərilərin hesablarına nəzarəti asanlaşdırmaq üçün "Bank of Baku" İnternet Bankçılıq xidmətinin mobil versiyasını istifadəyə verib.

Bankdan Trend-ə verilən məlumata görə, artıq bütün smartfonlardan rahat şəkildə internet bankçılıq xidmətinə daxil ola bilərsiniz. İnternet Bankçılıq xidməti müştərilərə aşağıdakı xidmətləri təklif edir:

- Sərf etdiyiniz vəsaitlərə çevik nəzarət
- Plastik kartların limitini yoxlamaq
- Kredit ödənişlərini həyata keçirmək
- Kartlar ilə alış-veriş zamanı xərclənən məbləğ barədə onlayn məlumat
- Avtomatik kredit ödənişi
- Kommunal xidmətlərin avtomatik ödənişi
- Kartın blok edilməsi
- Kartdan karta köçürmə
- Kredit sifarişi
- Əmanətləri barədə müfəssəl məlumat, o cümlədən bitmə tarixi, artırılma imkanı və s.

İnternet Bankçılıq xidmətinə qoşulma pulsuzdur. Xidməti aktivləşdirmək üçün "Bank of Baku"nun istənilən filialına yaxınlaşmaq və ya 145 Məlumat Mərkəzinə zəng etmək lazımdır.

Qeyd edək ki, bundan öncə müştərilərin xidmətlərdən rahat şəkildə faydalanması üçün "Bank of Baku" korporativ saytın da mobil versiyasını təqdim etmişdi.

Daha ətraflı məlumat üçün: https://www.e-bankofbaku.com və http://www.facebook.com/bankofbaku

Məqalədə:
Xəbər lenti

Xəbər lenti