...

“Bank of Baku” ASC reytinqini qoruyub saxlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2015 11:35 (UTC +04:00)
“Bank of Baku” ASC reytinqini qoruyub saxlayır.
“Bank of Baku” ASC reytinqini qoruyub saxlayır

Azərbaycan, Bakı, 31 iyul /Trend/

"Bank of Baku" ASC reytinqini qoruyub saxlayır.

Devalvasiyadan sonra ölkəmizin bir sıra maliyyə təsisatlarına verilən reytinqlərdə dəyişiklik olsa da, "Bank of Baku" növbəti qiymətləndirmə zamanı da öz reytinqini qoruyub saxlaya bilib. Bankdan Trend-ə verilən məlumata görə, bankın Moody's beynəlxalq reytinq agentliyi tərəfindən ən son dərc edilmiş reytinqi B1 səviyyəsində təyin edilib.

Reytinqin saxlanılmasına əsas səbəblər yüksək xalis faiz gəlirliliyi (ehtiyatlardan əvvəl), yüksək likvidlik, xərclərə nəzarət mexanizmlərinin mövcudluğu, problemli kreditlərin qarşılığında yaradılmış adekvat ehtiyatlar və güclü kapitalın olmasıdır.

Belə ki, 2015-ci ilin ilk 6 ayının maliyyə hesabatlarına əsasən Bankın əsas maliyyə göstəriciləri aşağıdakı kimi olub:

Eyni zamanda, cari ilin əvvəlində manatın devalvasiyası və neftin qiymətinin kəskin düşməsi ilə bağlı valyutada kredit götürən müştərilərin ödəniş qabiliyyətində pisləşmə ehtimalını, bunun aktivlərin keyfiyyətinə və Bankın gələcəkdəki gəlirliliyinə təsirini nəzərə alaraq reytinq agentliyi Bankın reytinq proqnozunu stabildən neqativə çevirib. Nəticədə son dərc olunmuş hesabata əsasən Bankın reytinqi B1 neqativ olaraq təsdiq olunub.

Biz müştərilərimizin bankımıza olan etibarını qoruyub saxlamaq üçün göstəricilərimizin yüksək olması istiqamətində fəaliyyətimizi davam etdirəcəyik.

"Bank of Baku"-nun xidmət və məhsulları ilə yaxından tanış olmaq üçün "Bank of Baku"-nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, habelə bankın www.bankofbaku.com korporativ saytına və www.facebook.com/bankofbaku sosial şəbəkə səhifəsində tanış ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti