...

ABŞ Azərbaycan məhsullarının rüsumsuz idxalını bərpa etdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2015 20:34 (UTC +04:00)
Azərbaycan ixracatçıları 2018-ci ilədək ABŞ ərazisinə rüsumsuz və ya güzəştli şərtlərlə məhsul ixrac edə biləcəklər.
ABŞ Azərbaycan məhsullarının rüsumsuz idxalını bərpa etdi

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir Ənvər Məmmədov/

Azərbaycan ixracatçıları 2018-ci ilədək ABŞ ərazisinə rüsumsuz və ya güzəştli şərtlərlə məhsul ixrac edə biləcəklər.

Trend Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən məlumata görə, bu, ABŞ Konqresi tərəfindən "Ticarətin təşviqi səlahiyyəti"nin və "Ümumiləşdirilmiş imtiyazlar sistemi"nin (Generalized System of Preferences (GSP) müddətinin uzadılması ilə bağlıdır.

Məlumata əsasən, "GSP" üzrə qəbul edilmiş yeni akt benefisiar ölkələr üçün proqramdan istifadə hüququnun 31 dekabr 2017-ci il tarixədək uzadılmasını nəzərdə turur.

"GSP" üzrə qəbul edilmiş yeni qərar 29 iyul 2015-ci il tarixində qüvvəyə minib və əvvəlki müvafiq qərarın qüvvədə olma müddətinin bitmə tarixindən (31 iyul 2013-cü il) qeyd olunan tarixədək olan dövrə də şamil ediləcək. Belə ki, ixracatçılar 31.07.2013 - 29.07.2015-ci il tarixlərində "GSP" proqramı çərçivəsində güzəştlər nəzərdə tutulan məhsullar üzrə ABŞ-a ixrac zamanı ödədikləri gömrük rüsumlarını geri əldə edə biləcəklər.

ABŞ-ın təqdim etdiyi "GSP" proqramından istifadə etməklə ixracatçılarımız beş minə yaxın mal mövqeyi üzrə Azərbaycan mənşəli məhsulları həmin ölkə bazarına rüsumsuz və ya aşağı dərəcəli rüsumlarla ixrac imkanı əldə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti