...

Öz işin varsa, kredit də var

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Avqust 2015 13:49 (UTC +04:00)
"Expressbank" müştərilərə sərfəli şərtlərlə mikrokreditlər təklif edir.
Öz işin varsa, kredit də var

Azərbaycan, Bakı, 1 avqust /Trend/

"Expressbank" müştərilərə sərfəli şərtlərlə mikrokreditlər təklif edir.

Bankdan Trend-ə verilən məlumata görə, "Öz işin varsa, kredit də var" şüarı ilə kənd təsərrüfatı, ticarət, xidmət və istehsal sahələrinin kreditləşməsi həyata keçirilir. Kreditin məbləği 500-dən 15000 AZN-dək, maksimal müddəti 24 ayadək, illik faiz dərəcəsi isə 21%-dən başlayır.

Qeyd edək ki, "Expressbank" müxtəlif proqramlar üzrə kreditlər təklif edir. Mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, təhsil, səhiyyə və neft işçilərinə kreditlər, dövlət işçilərinə kredit, təmir və digər istehlak kreditləri mövcuddur.

Expressbank-ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7000-dək POS-terminal və 250-dək ExpressPay ödəniş terminalı var.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi "facebook" səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti