...

Azərbaycanda “Family Run” layihəsinə start verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Avqust 2015 16:57 (UTC +04:00)
Azərbaycanda “Family Run” layihəsinə start verilib.
Azərbaycanda “Family Run” layihəsinə start verilib

Azərbaycan, Bakı, 27 avqust /Trend/

Azərbaycanda "Family Run" layihəsinə start verilib.

"Hilton Baku" hotelinin "Sky Grill" restoranının terrasında "Youngtop on Rooftop - Glenfiddich Party" ilk əyləncə gecəsi baş tutub. Tədbir zamanı "Family Run by Glenfiddich" (1887-ci il) adlı layihəyə start verilib.

Sözügedən layihə Azərbaycanın tanınmış soylarının nöqteyi-nəzərindən "Glenfiddich" brendinin ailə dəyərlərinin nümayiş etdirilməsinə yönəlib. Məhz dünyanın ən titullu arpa mayalanması vasitəsilə hazırlanan viski brendinin sahibi olan Qrant ailəsi nəsillərarası əlaqələri təmin etməyə və ailə biznesinin davam etdirilməsi ənənəsinin qorunub saxlanmasına nail olub.

"Family Run" layihəsinin kuratoru qismində çıxış edəcək tanınmış tarixçi, "Bakı sirləri" silsilə televiziya verilişlərinin müəllifi və aparıcısı Fuad Axundov layihəyə ailə biznesini davam etdirən, həmçinin ailə ənənələrinə əməl edən bir sıra tanınmış nəsil nümayəndələrini cəlb edəcək.

"Youngtop on Rooftop - Glenfiddich Party" tədbirinə gəldikdə, gecənin keçirilməsində başlıca məqsəd Bakıda alternativ istirahət növünün yaradılmasıdır. Beləliklə, adıçəkilən tədbir çılğın istirahət günləri öncəsi keçirilən yeni növ cümə əyləncəsinə çevrilib. Gecənin qonaqları səmimi və rahat mühitdə "Glenfiddich" viskisi və tədbirin DJ-ləri qismində çıxış edən "El Khasso", "Mozzy", "George Effe" tərəfindən səsləndirilən müxtəlif üslublu rəqs musiqilərinin ahəngini dəyərləndirə biliblər.

Qeyd etmək lazımdır ki, "Glenfiddich" viskisinin yaradıcısı alkoqollu içkilər üzrə mahir bilici sayılan Uilyam Qrantdır. 1886-cı ildə o, Şotlandiyada analoqu olmayan yeni şotland viskisi yaratmaq qərarına gəlir. Cəmi bir il ərzində U. Qrant yeni viski istehsalı üzrə zavod qurmuş və onu qal dilindən tərcümədə "Maral vadisi" mənası verən "Glenfiddich" adlandırmışdır. Qrant nəslinin nümayəndələri hazırda da "Glenfiddich"in tarixinin başlandığı həmin zavoda rəhbərlik edirlər.

"William Grant & Sons" haqqında:

"William Grant & Sons Ltd" - şotland viskisi və digər tünd alkoqollu içkilər istehsal edən müstəqil şotland ailə müəssisəsidir. Azərbaycanda istehsalçı növbəti brendlərlə təmsil olunur: "Glenfiddich", "The Balvenie", "Tullamore D.E.W.", "Grant's". Azərbaycanda brendin rəsmi distributoru "Qafqaz Industry" şirkətidir. Əlavə məlumatı www.williamgrant.com internet səhifəsində əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti