...

UNİBANKdan yeni təhsil krediti

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Avqust 2015 12:31 (UTC +04:00)
Unibank-dan təhsilə daha bir dəstək. Bankın yeni təhsil krediti ilə sevimli universitetdə təhsil almaq arzunuz həyata keçəcək.
UNİBANKdan yeni təhsil krediti

Azərbaycan, Bakı, 28 avqust /Trend/

Unibank-dan təhsilə daha bir dəstək. Bankın yeni təhsil krediti ilə sevimli universitetdə təhsil almaq arzunuz həyata keçəcək. Nüfuzlu universitetə daxil olmusunuz, amma təhsil haqqı sizi narahat edirsə, Unibank-ın yeni təhsil krediti sizə kömək edəcək.

İndi Unibank- təqdim etdiyi sərfəli nağd kredit şərtləri sayəsində təhsil haqqını ödəmək daha da asan oldu. Hər kəs Unibank-dan sərfəli manat kreditləri əldə edərək yaxınlarının təhsil haqqını ödəyə bilər. Əlavə olaraq tələbənin və ya magistrin 1-ci dərəcəli qohumları (ata, ana, bacı, qardaş, həyat yoldaşı) təhsil haqqı kreditlərində illik faiz dərəcəsində 2% endirim əldə edə bilərlər.

Unibank-da təhsil haqlarının həmçinin ALBALI PLUS kartları ilə ödəniş kampaniyası da davam edir. Təhsil haqqı kart sahibinin istəyinə uyğun olaraq 6 və ya 12 ay müddətinə ödənilə bilər Bunun üçün sadəcə, kart sahibi Unibank-ın Mərkəzi ofis, "Əcəmi", "Neftçilər", "Mərdəkan" və "Sumqayıt" filiallarına yaxınlaşıb, vəsaitin köçürüləcəyi təhsil müəssisəsinin rekvizitlərini təqdim etməlidir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti