...

Daha bir bank "Azericard"a qoşuldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Sentyabr 2015 17:05 (UTC +04:00)
“AzeriCard” prosessinq mərkəzi və “Ziraat Bank Azərbaycan” ASC arasında birgə əməkdaşlıq müqaviləsi imzalanıb.
Daha bir bank "Azericard"a qoşuldu

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir Ənvər Məmmədov/

"AzeriCard" prosessinq mərkəzi və "Ziraat Bank Azərbaycan" ASC arasında birgə əməkdaşlıq müqaviləsi imzalanıb. Bu barədə Trend "Azericard"ın saytına istinadən xəbər verir.

Həmin müqavilə çərçivəsində "Ziraat Bank Azərbaycan" ASC-yə "AzeriCard" tərəfindən prossesinq xidmətlərinin göstərilməsi planlaşdırılır. Tezliklə tərəflər bankın kart infrastrukturunun yaradılması istiqamətində aktiv işlər görməyə başlayacaqlar.

Qeyd edək ki, "AzeriCard" prosessinq sistemində xidmət olunan bankların sayı 34-ə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti