...

“AtaTravel” MMC “Luxe Travel Show” tədbirində iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Sentyabr 2015 10:43 (UTC +04:00)
8 sentyabr 2015-ci il tarixində “AtaTravel” MMC 6-cı ixtisaslaşdırılmış “Luxe Travel Show” tədbirində iştirak edəcək.
“AtaTravel” MMC “Luxe Travel Show” tədbirində iştirak edəcək

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

8 sentyabr 2015-ci il tarixində "AtaTravel" MMC 6-cı ixtisaslaşdırılmış "Luxe Travel Show" tədbirində iştirak edəcək.

Azərbaycanda fəaliyyət göstərən otellər, xarici ölkələrdən 50-yə yaxın termal kurortlar, Spa otelləri və klinikalar, dünyanın tanınmış turizm brendləri beynəlxalq turizm tədbirində iştirak edəcəklər.

"AtaTravel" MMC-nin baş direktoru Vüsal Əliyev bildirdi ki, bu tədbir turizmlə məşğul olan təşkilatlar üçün çox əhəmiyyətlidir.

Tərəfdaşlarla işgüzar münasibətlərin yaradılması və möhkəmləndirilməsinə, tanınmış dünya turizm markalarının nümayəndələrini Azərbaycanın turizm bazarının potensialı ilə tanış etməyə imkan yaradır. Bizim şirkətimiz "Luxe Travel Show" tədbirində təqdimat materialları və turizm agentliyinin aparıcı menecerləri ilə təmsil olunacaq.

"AtaTravel" MMC turizm agentliyi 2011-ci ildə təsis edilib və "AtaHolding" ASC-nin törəmə şirkətlərindən biridir. "AtaTravel" turizm agentliyi dünyanın istənilən nöqtəsinə səfərlər üzrə çoxsaylı xidmətlər təklif edir.

Şirkət müştərilərə otellər, transferlər, aviabiletlərin, turların əvvəlcədən bronlaşdırılması, sığorta, viza xidmətləri, VIP-zal xidmətlərinin təmin edilməsi, avtomobillərin icarəsi, sağlamlaşdırıcı turizm və müxtəlif istirahət növləri üzrə xidmətlər göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti