...

"Azər-Türk Bank"da kadr dəyişiklikləri olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Sentyabr 2015 14:24 (UTC +04:00)
"Azər-Türk Bank" ASC-də kadr dəyişiklikləri olub.
"Azər-Türk Bank"da kadr dəyişiklikləri olub

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir Azad Həsənli/

"Azər-Türk Bank" ASC-də kadr dəyişiklikləri olub.

Trend-in banka istinadən verdiyi məlumata görə, dəyişikliklər çərçivəsində bankın iki departamentinə yeni direktorlar təyin edilib.

Məlumata görə, Kamran Axundov Plastik kartlarla iş üzrə departamentin direktoru təyin edilib. Daha əvvəl Ceyhun Rəhimov bu vəzifədə çalışıb.

Elçin Şərifov isə bankın Nağd vəsaitlərlə iş üzrə departamentin direktoru vəzifəsinə gətirilib. Bundan əvvəl həmin vəzifədə Fərid Orucov işləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti