...

Azərbaycan və İran ərazisindən keçən Şimal-Cənub nəqliyyat dəhlizi digər dəhlizlərdən daha sərfəlidir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2015 00:13 (UTC +04:00)
Azərbaycan və İran ərazisindən keçən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi digər alternativ beynəlxalq nəqliyyat dəhlizləri ilə müqayisədə çox sərfəlidir.
Azərbaycan və İran ərazisindən keçən Şimal-Cənub nəqliyyat dəhlizi digər dəhlizlərdən daha sərfəlidir

Azərbaycan, Astara, 10 oktyabr /Trend, müxbir Təmkin Cəfərov/

Azərbaycan və İran ərazisindən keçən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi digər alternativ beynəlxalq nəqliyyat dəhlizləri ilə müqayisədə çox sərfəlidir. Trend-in məlumatına görə, bunu jurnalistlərə İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi deyib.

Nazir qeyd edib ki, Şimal -Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan dəmir yolu xəttinin istifadəyə verilməsi və iki ölkənin tranzit xətlərini birləşdirilməsi ilə Hindistandan Avropayadək yük daşımalarını həm vaxt və həmdə maliyyə baxımından daha sərfəli şəkildə həyata keçirilməsinə şərait yaradılacaq.

M.Vaizi bildirib ki, bu gün Astarada (Azərbaycan) keçirilən görüş çox səmimi atmosferada keçdi və faydalı müzakirələr baş tutdu "Müzakirələr hər iki ölkənin iş adamlarına və tacirlərinə ticarət və yük daşımalarının sürətlənməsi üçün hər iki ölkənin hazır olduğuna dair bir mesajdır."

O əlavə edib ki, sevindirici haldır ki, İran və Azərbaycan arasındakı əlaqələr bu gün çox yüksək səviyyədədir və bu günki müzakirələrimizdə yaxşı nəticələr əldə etdik.

Qeyd edək ki, Astarada (Azərbaycan) Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədrləri iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizinin iştirakı ilə Azərbaycan və İran nümayəndə heyətlərinin geniş tərkibli görüşü keçirilir. Görüşdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılır.

Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının növbəti iclasının dekabr ayında Tehranda keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti