...

Azərbaycan Beynəlxalq Bankında yeni struktur dəyişiklikləri

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2015 18:21 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankında (ABB) struktur dəyişiklikləri çərçivəsində 3 yeni baş direktor təyin edilib.
Azərbaycan Beynəlxalq Bankında yeni struktur dəyişiklikləri

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

Azərbaycan Beynəlxalq Bankında (ABB) struktur dəyişiklikləri çərçivəsində 3 yeni baş direktor təyin edilib.

ABB-dən Trend-ə verilən məlumata görə, əvvəllər olduğu kimi Elmir Həbibullayev və Fuad İslamov baş direktor vəzifələrində qalıblar. Hidayət Sultanov isə ABB-nin üçüncü baş direktoru təyin edilib.

H.Sultanov bunadək Baş Dövlət Vergi Müfəttişliyinin sədr müavini, "Lukoyl" neft şirkətində müşavir olub.

ABB-nin strukturunda yaradılıb: Akif Əliyev (bankın keçmiş baş direktoru) Problemli kreditlərlə iş departamentinə, Rasim Əkbərov isə Müştəri xidmətləri departamentinə (daha əvvəl müştərilərə bu xidmətləri "Premyer" departamenti göstərirdi) rəhbər təyin edilib.

Bankın Audit komitəsinin rəhbəri vəzifəsi Fərid Həşimovun yeni Struktur şöbələri ilə iş departamentinə rəhbər təyin edilməsindən sonra vakant qalır. Audit komitəsinin yeni rəhbərinin təyin edilməsi ABB-nin səhmdarlarının ümumi yığıncağının səlahiyyətinə daxildir.

Bankın yeni Elektron ödənişlər şöbəsinə Eltəkin Rəhimov başçılıq edir.

Dəyişikliklər bir sıra departamentlərin adlarına da toxunub. Belə ki, Müxbir hesablarla iş departamentinin bazasında Nağd ödənişlər departamenti yaradılıb. Ona əvvəlki kimi Elşən Məmmədzadə başçılıq edir.

Rabitə və informasiya texnologiyaları departamentinin bazasında İnformasiya texnologiyaları departamenti yaradılıb. Yalçın Tağızadə departamentə rəhbər təyin edilib.

ABB-də, həmçinin Təhlükəsizlik departamenti (daha əvvəl Bank fəaliyyətinin təhlükəsizliyi departamenti adlanıb) yaradılıb. Onun rəhbəri İlham Axundovdur.

Bank fəaliyyətinin təmin edilməsi departamentinin bazasında yaradılmış Təminat departamentinə Emin İbrahimov başçılıq edir, Təşkilati departamentə (daha əvvəl İdarəetmə orqanları ilə iş departamenti adlanırdı) isə Həsən Həşimzadə rəhbərlik edir.
Həmçinin, Daxili nəzarət və monitorinq departamentinin yerinə Maliyyə Monitorinqi Xidməti yaradılıb. Yeni struktura Aydın İsmayılov başçılıq edir.

Bununla yanaşı, bankın İslam bankçılığı və İnsan resurslarının idarə edilməsi üzrə iki departamenti ləğv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti